
UFC-nin keçmiş döyüşçüsü, amerikalı Kolbi Koventinqton Arman Tsarukyanın çempion olmaq şanslarını yüksək qiymətləndirib. UFC-nin yüngül çəki dərəcəsi reytinqinin ikinci nömrəsi Tsarukyan bu yaxınlarda RAF (Real American Freestyle) sərbəst güləş liqasında 38 yaşlı Koventinqtonla qarşılaşmış və 3:5 hesabı ilə məğlub olmuşdu.
“Mən ona dedim ki, bu inanılmaz döyüş idi. Həm də dedim ki, o, UFC-nin yüngül çəki dərəcəsi üzrə çempion olacaq.
Mən buna tam əminəm. Düşünmürəm ki, bu divizionda kimsə onu məğlub edə bilər. Bu, Arman üçün ideal çəki dərəcəsidir.
Castin Qeycinin heç bir şansı yoxdur. İndi heç kim onu dayandıra bilməz. Mən bunu özüm hiss etdim” – deyə Kolbi Koventinqtonun sözlərini Submission Radio sitat gətirir.
29 yaşlı Tsarukyan UFC-də debütünü 2019-cu ildə edib, son döyüşünü 2025-ci il noyabrın 22-də keçirib və yeni zelandiyalı Den Hukeri boğma hərəkəti ilə məğlub edib.
Qarışıq döyüşlərdə Ermənistan təmsilçisi 26 görüşdə iştirak edib, 23 qələbə qazanıb və 3 məğlubiyyət alıb.
Mənbbə factor.am







