
Roma şəhərində keçirilən görüş zamanı Ermənistan və İtaliya nümayəndələri erməni aqrar-qida məhsullarının təqdimatı, İtaliya bazarına daxil olmaq və hər iki ölkənin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə ediblər.
“İyulun 21-də Romada Ermənistan Respublikası İqtisadiyyat nazirinin müavini Anuşik Avetyanın, İnvestisiyaların Dəstəklənməsi Mərkəzi Fondunun direktoru Qohar Abacanyanın İtaliyanın Kənd Təsərrüfatı, Qida Suverenliyi və Meşələr Nazirliyinin nümayəndəsi, Fruitimprese – meyvə-tərəvəz sahəsi müəssisələrinin milli assosiasiyasının prezidenti Pietro Mauro, İtaliyanın Ticarət Agentliyinin (ITA) nümayəndələri ilə görüşü baş tutub.
Həmsöhbətlər Ermənistan və İtaliya arasında aqrar-qida sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Xüsusilə, beynəlxalq və italyan ixtisaslaşmış sərgilərində erməni aqrar-qida və ərzaq məhsullarının təqdimatına, erməni və italyan təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulmasına, erməni məhsullarının İtaliya bazarına daxil olması üçün zəruri prosedurlara və uyğunluq tələblərinə toxunulub.
Müzakirə olunan təşəbbüsləri praktiki mərhələyə keçirmək məqsədilə sektor üzrə görüşlərin və işgüzar təmasların davam etdirilməsi barədə razılıq əldə olunub” – deyə məlumatda qeyd olunur.
Mənbə factor.am







