Siyasət – Ermənistanın İctimai Radiosu

İlham Əliyev Azərbaycandan neft məhsullarının tədarükünün Ermənistanın enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu bildirib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan Ermənistana neft və neft məhsullarının tədarükünün Ermənistanın enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu bildirib.

APA agentliyinin yaydığı məlumata görə, Azərbaycan prezidenti bunu Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib. İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən digər ölkələrdən Ermənistana tranzit yük daşınması da geniş miqyas alıb.

“Biz tarixi bir dövrdə yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif edib və müsbət cavab alıb. Biz Almaniya hökumətinin bu istiqamətdəki rolunu yüksək qiymətləndiririk”, – deyə İlham Əliyev bildirib.

Ermənistan 2025-ci ilin dekabr ayından etibarən Azərbaycandan neft məhsulları idxal etməyə başlayıb. Azərbaycan tərəfinin verdiyi məlumata görə, bu dövrdə Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı və təxminən 5 min tondan çox Aİ-92 və Aİ-95 benzini idxal edilib.

“Əliyevin göstərişi ilə təzyiq göstərilir”: Əli Kərimlinin həbsxana şəraiti kəskin şəkildə pisləşib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Hüquqlarının Müdafiəsi Komitəsi təcili bəyanat yayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, həbsxana rəhbərliyi müxalifətçi siyasətçiyə təzyiqi əhəmiyyətli dərəcədə artırıb və yeni, sərt məhdudiyyətlər tətbiq edərək, onun onsuz da çətin şəraitini daha da pisləşdirib.

Mövcud problemlərə əlavə olaraq, Kərimlinin demək olar ki, tamamilə təcrid olunmasına yönəlmiş yeni məhdudiyyətlər də tətbiq edilib. Terrorizmdə ittiham olunan ağır ruhi pozğunluğu olan məhbus siyasətçinin kamerasında saxlanılmaqda davam edir; o, gecələr qəsdən səs-küy salır və onu yuxusuz qoyur. Bundan əlavə, Kərimlinin gəzintilərə, görüşlərə və ailəsi ilə telefon danışıqlarına ciddi məhdudiyyətlər qoyulur və kamerasında televiziya verilişləri yenidən kəsilir.

Vəziyyət onun hüquqi müdafiəsinə birbaşa təzyiqlə daha da mürəkkəbləşir. Məhkəmə iclasları üçün hazırlanmış şəxsi əlyazma qeydləri və məhkəmə ərizələri məhbusdan müsadirə olunur. Bundan əlavə, siyasətçinin qohumlarından hər hansı bir ərzaq bağlaması almaq qadağan edilib və vəkillərinə iclaslar zamanı hər hansı bir qeyd aparmaq qanunsuz olaraq qadağan edilib.

Müdafiə Komitəsi hesab edir ki, rejimin kəskin şəkildə sərtləşdirilməsi Kərimlinin beynəlxalq mediaya verdiyi son müsahibələrə birbaşa cavabdır. Hüquq müdafiəçiləri açıq şəkildə bildirirlər ki, bu sanksiyalar İlham Əliyevin şəxsi göstərişi ilə tətbiq edilib. Bəyanat müəlliflərinin fikrincə, rayon və apelyasiya məhkəmələrinin vəkillərin şikayətlərini kütləvi şəkildə və heç bir izahat vermədən rədd etməsi yalnız məhkəmə sisteminin mütləq nəzarətini təsdiqləyir və prosesin siyasi mahiyyətini nümayiş etdirir.

Xatırladaq ki, Əli Kərimli ötən il dekabrın 1-də hakimiyyəti zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək cəhdi ittihamı ilə həbs edilib. Partiyanın Ali Məclisinin katibi Məmməd İbrahim də eyni iş üzrə ittiham olunur. Hər iki müxalifət lideri qəti şəkildə öz günahlarını inkar edir və cinayət təqibini ölkənin ali rəhbərliyinin sırf uydurma siyasi sifarişi adlandırır.

Belçikanın ER-AI tərəfdaşlığının dərinləşməsinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirirəm: Paşinyan
Baş nazir Nikol Paşinyan Belçika Krallığının Baş naziri Bart de Veverə Milli Gün münasibətilə təbrik mesajı göndərib. Mesajda deyilir:

“Hörmətli cənab Baş nazir,

Sizi və dost Belçika xalqını Milli Gün münasibətilə ürəkdən təbrik edirəm.

Qeyd etməkdən məmnunam ki, son zamanlar Ermənistan və Belçika arasındakı münasibətlər davamlı olaraq inkişaf edir və tərəfdaşlığın yeni strateji istiqamətlərini əhatə edir.

Bu ilin may ayında Yerevanda Sizinlə görüşümü səmimi qəlbdən xatırlayıram. Əminəm ki, birgə səylər vasitəsilə ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsinə və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yeni təkan verəcəyik.

Belçikanın Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşməsinə verdiyi davamlı dəstəyi, eləcə də ölkələrimiz arasında beynəlxalq platformalarda qurulmuş səmərəli qarşılıqlı əlaqəni yüksək qiymətləndirirəm.

Sizə cansağlığı və uğurlar, dost Belçika xalqına isə sülh və rifah arzulayıram”.

Sizinlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm: Nikol Paşinyan yeni təyin olunmuş Böyük Britaniya Baş nazirini təbrik edir
Ermənistan Baş naziri Endi Börnemi Birləşmiş Krallığın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

“Endi Börnemi Birləşmiş Krallığın Baş naziri vəzifəsinə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Ermənistan-Birləşmiş Krallıq strateji tərəfdaşlığını dərinləşdirmək və xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün sizinlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”, – deyə Ermənistan Baş naziri özünün X mikrobloqunda yazıb.

MTX Sərhəd Qoşunları Ermənistan-Azərbaycan bütün sərhədinin mühafizəsini mərhələli şəkildə təhvil alacaq
Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin bütün hissəsinin mühafizəsini Müdafiə nazirliyindən mərhələli şəkildə təhvil almağı planlaşdırır.

Proses üçün sərhəd qoşunlarının şəxsi heyətinin artırılması, xidmətin komplektləşdirilməsinin yeni mexanizmlərinin tətbiqi və MTX sistemində xidmətin bir sıra şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur.

Bu barədə MTX-nin hazırladığı qanunvericilik dəyişiklikləri paketinin əsaslandırmasında qeyd olunub. Paketə “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında”, “Milli təhlükəsizlik orqanları haqqında”, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara dəyişikliklər daxildir.

Layihənin əsaslandırmasına görə, Ermənistan-Azərbaycan sərhədinin tam mühafizəsini öz üzərinə götürmək əlavə insan resursları tələb edəcək.

Bu məqsədlə MTX sistemində də “Şərəf duyuram”(Pativ unem) proqramının tətbiq edilməsi təklif olunur.

Bu, məqsədli təhsil üçün möhlət hüququ almış və təhsil müddətində hərbi hazırlıq keçmiş vətəndaşlara təhsillərini başa vurduqdan sonra məcburi xidmət əvəzinə MTX-də müqaviləli hərbi xidmətə cəlb olunmaq imkanı verəcək.

Həmçinin sərhəd qoşunlarında “Paştpan hayrenyats”  (“Vətən müdafiəçisi”)  proqramı çərçivəsində qüvvədə olan bəzi tənzimləmələrin tətbiqi nəzərdə tutulur.

Tədris mərhələsini başa vurmuş müqaviləli hərbi qulluqçular, aldıqları ixtisasa uyğun vəzifəyə təyin olunacaqları təqdirdə imtahanların nəticələrinə görə attestasiyadan keçmiş hesab olunacaqlar.

Eyni yanaşma Ermənistanın hərbi təhsil müəssisələrini bitirmiş və zabit vəzifəsinə təyin olunmuş qulluqçular üçün də keçərli olacaq.

Müdafiə nazirliyi ilə əməkdaşlıq çərçivəsində Vazgen Sərkisyan adına Hərbi Akademiyada 2023-2024-cü tədris ilindən etibarən sərhəd bölmələrinin idarə olunması ixtisası üzrə dördillik bakalavr proqramı həyata keçirilir.

İlk iki tədris ilində proqram üzrə ildə 10, 2025-2026-cı tədris ilində isə 20 yer nəzərdə tutulub. Layihənin əsaslandırmasına görə, bu ixtisas üzrə təhsil almaq üçün artıq 46 müraciət daxil olub.

Dəyişikliklər paketi ilə həmçinin baş zabit heyətinin qulluqçuları üçün müəyyən edilmiş həddi yaşın 52-dən 55-ə qaldırılması, növbəti məzuniyyətin isə hazırkı iki hissə əvəzinə üç hissəyə bölünməsinə icazə verilməsi təklif olunur.

Qadın qulluqçular üçün hamiləlik və doğum məzuniyyətinin növbəti hərbi rütbənin daşınması müddətinə daxil edilməsi nəzərdə tutulur.

Layihə müəlliflərinin qiymətləndirməsinə görə, hazırda Müdafiə nazirliyi və MTX sistemlərinin qadın qulluqçularına fərqli yanaşmalar tətbiq olunur və bunların vahid şəklə salınması təklif edilir.

Layihələrlə həmçinin MTX əməkdaşları tərəfindən fiziki gücün, silahın və xüsusi vasitələrin tətbiqi əsasları, şərtləri və qaydaları müəyyən ediləcək.

Qüvvədə olan qanun əməkdaşlara bu vasitələri tətbiq etmək hüququ verir, lakin əsaslandırmaya görə, onların tətbiq halları və hüdudlarını kifayət qədər dəqiqləşdirmir.

MXX rəhbərliyinə sərhəd qoşunlarının hərbi geyim forması və fərqlənmə nişanlarının formasını, təsvirini və daşınma qaydalarını təsdiq etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur ki, bu səlahiyyət hazırda Baş nazirə və Hökumətə məxsusdur.

Layihə ilə həmçinin dövlət sərhədinin mühafizəsi zamanı videoçəkiliş aparan texniki vasitələrin tətbiqinin dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qanunvericilik paketinin qəbulundan sonra dövlət büdcəsinin gəlir və xərclərində dəyişikliklərə ehtiyac yaranacaq.

Əsaslandırmaya görə, konkret hesablamalar layihələrdən irəli gələn qanunaltı aktların işlənməsi mərhələsində təqdim olunacaq.

Bakının Avropa Şurasından çıxmaq xəbərdarlıqları: Real ssenari, yoxsa alver aləti?
Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda növbəti dəfə bəyan edib ki, Bakı təkcə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) fəaliyyətini dayandırmağı deyil, həm də Avropa Şurasından tamamilə çıxmaq məsələsini müzakirə edib.

Şuşada keçirilən media forumunda o bildirib ki, bu müzakirələr hələ 2024-cü ilin yanvarından, AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina etdikdən sonra başlayıb.

Belə bir addımın Azərbaycan və Avropa Şurası üçün hansı fəsadları ola bilər və Bakının bu cür “xəbərdarlıքlarının” pərdəarxası nədir?

2024-cü ilin yanvarından bəri Əliyev ən azı iki dəfə Avropa Şurasından çıxmaq imkanı haqqında açıq şəkildə danışıb.

İyulun 13-də Şuşada təşkil olunmuş media konfransında Azərbaycan prezidenti yeni vurğu ilə bəyan edib ki, Bakı təkcə münasibətləri dondurmağı deyil, həm də qurumdan çıxmağı ciddi şəkildə müzakirə edir.

Bu müzakirələr AŞ PA-nın 2024-cü il yanvar qərarının ardınca gəlib; Əliyev bu qərarı siyasi və qərəzli hesab edir və Azərbaycan nümayəndə heyətinin AŞ PA-da bərpa olunmalı olduğu barədə gözləntisini bir daha vurğulayıb.

Əliyev Şuşada həmçinin qeyd edib ki, Avropa Şurasının baş katibi Alen Berse ona bu məsələdə tələsməməyi və dialoqu davam etdirməyi çağırıb.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, lakin son illərdə qurumla münasibətlər ən gərgin mərhələsindədir.

Bu müddət ərzində ölkədəki demokratiya problemləri və “kürü diplomatiyası” ilə bağlı daim kəskin tənqidlər səslənib.

2023-cü ildə münasibətlər Dağlıq Qarabağ ətrafındakı hadisələr, hərbi əməliyyatlar və bunun fonunda səslənən beynəlxalq tənqidlər səbəbindən daha da kəskinləşdi.

AŞ PA-nın 2024-cü il qış sessiyasında almaniyalı deputat Frank Şvabe Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirdi və ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək onların təsdiqlənməməsi təklifini təqdim etdi.

Bir neçə gün sonra AŞPA 76 lehinə, 10 əleyhinə və 4 tərəfsiz səslə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləmədi.

“Radiolur”a müsahibəsində AİHM və Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquqşünas Alvina Gülümyan Azərbaycan-AŞ münasibətlərini qiymətləndirərək qeyd edir:

“Azərbaycan insan hüquqlarını ciddi şəkildə pozub, bu da Avropa Şurası üçün qəbulolunmazdır. Əgər Azərbaycan AŞ-nin tövsiyələrinə riayət etməkdən imtina edərsə, eləcə də AİHM-in qərarlarını icra etməzsə, bu münasibətlər həqiqətən də dərin ziddiyyətə çevrilə bilər ki, bu barədə də, zənnimcə, danışmaq hələ tezdir”.

Azərbaycanın Avropa Şurasından çıxması realdırmı və bunun hansı nəticələri ola bilər? Gülümyan ətraflı izah edir:

“Əlbəttə, Avropa Şurasının hər bir üzvü müəyyən edilmiş prosedurlara əməl edərək təşkilatdan çıxa bilər.

Lakin bu Avropa ailəsini tərk etmək və müəyyən təcrid olunma vəziyyətinə düşmək nə dərəcədə arzuolunandır?

Düşünürəm ki, Azərbaycan belə təhdidlə daha çox Avropa Şurasına təsir göstərmək və özü üçün əlverişli qərarların qəbul edilməsinə nail olmaq istəyir.

Hansı fəsadların ola biləcəyi sualına dəqiq cavab vermək çətindir, lakin hər halda Azərbaycan müəyyən təcrid olunma vəziyyətinə düşəcək ki, bu da onun vətəndaşları və onların hüquqları üçün zərərli olacaq, eləcə də onun beynəlxalq nüfuzuna təsir göstərəcək.

Avropa Şurası üçün isə burada heç bir problem yoxdur; problem yalnız ondadır ki, görünür, bununla AŞ öz səylərinin nəticəsiz qaldığını fiksə edəcək”.

AŞ-Azərbaycan münasibətlərinin tənzimlənməsinə nə kömək edə bilər? AİHM-in keçmiş hakiminin qiymətləndirməsi belədir:

“Münasibətlərin tənzimlənməsi üçün ya Azərbaycan AŞ qarşısındakı öhdəliklərini yerinə yetirməlidir — yəni ölkədə demokratiyanın möhkəmləndirilməsi, hüququn aliliyinin inkişafı, insan hüquqlarının müəyyən səviyyədə təmin edilməsi.

Və əgər Azərbaycan müəyyən dəստək sayəsində Avropa Şurası üçün daha qəbulolunan səviyyəyə çatmağa hazır olarsa, bu məsələ öz-özünə bağlanacaq.

Digər variant isə Avropa Şurasının müəyyən halları nəzərə alaraq güzəştlərə getməsi olacaq ki, bu da, əlbəttə, bizim üçün arzuolunmazdır”.

Gülümyanın qeyd etdiyi mümkün güzəştlər kontekstində ekspertlər tez-tez Azərbaycanın Avropa üçün energetik əhəmiyyətini də göstərirlər ki, bu da siyasi təsir amili ola bilər.

Bakının Avropa ailəsindən özünütəcrid etməsi üzrə ehtimal olunan ssenari ilə yanaşı, nüfuzlu beynəlxalq qurumlar və analitik mərkəzlər vaxtaşırı xəbərdarlıq edirlər ki, Avropa Şurasından çıxmaq elə Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinə ciddi zərbə vura bilər — onları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanından məhrum etməklə.

Avropa Şurasından çıxacağı təqdirdə ölkə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tərəfi olmaqdan çıxacaq və yeni pozuntularla bağlı vətəndaşlar artıq AİHM-ə müraciət edə bilməyəcəklər.

9-cu çağırış Parlamentin sessiyasının gündəliyində beş məsələ: sessiyanın proseduru 2 avqustda gözlənilir
Düz iki həftə sonra, 2 avqustda 9-cu çağırış Parlament ilk iclasını çağıracaq.

Yeni seçilmiş parlamentdə üç qüvvə təmsil olunacaq: “Mülki Müqavilə”, “Güclü Ermənistan” və “Ermənistan” ittifaqları.

O vaxta qədər MSK 21 iyulda keçiriləcək iclasında yeni parlamentin tərkibini və mandatların bölüşdürülməsini təsdiqləyəcək.

Parlamentin qaydalarına əsasən, hakim fraksiya Baş nazir vəzifəsinə namizəd irəli sürmək hüququna malikdir.

Yeni seçilmiş Parlamentin səlahiyyət müddəti başladıqdan sonra Respublika Prezidenti Konstitusiya ilə müəyyən edilmiş qaydada formalaşdırılan parlamentin əksəriyyəti tərəfindən irəli sürülən namizədi dərhal Baş nazir təyin edir.

Parlamentin ilk iclasının gündəliyinə beş məsələ daxildir.

Parlamentin spiker və müavinləri, eləcə də 12 daimi komitənin sədrlərini seçəcək. Bu vəzifələrə “Mülki Müqavilə” namizədlərinin adları artıq ictimaiyyətə məlumdur, müxalifətdən hələlik heç bir cavab yoxdur, yalnız onların mandatları alacaqları məlumdur.

Avqustun 2-də müxalifət gəlməsə belə, Parlament adi fəaliyyətini davam etdirəcək.

Ermənistan ilk dəfə Ümumdünya İrs Komitəsinin üzvü olaraq, bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır: ER UNESCO-dakı daimi nümayəndəsi
Ermənistan nümayəndə heyəti Koreya Respublikasının Busan şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında iştirak edir. Bu barədə Ermənistan Respublikasının UNESCO-dakı Daimi Nümayəndəliyi məlumat verib.

Ümumi müzakirədəki çıxışında Ermənistanın UNESCO-dakı Daimi Nümayəndəsi Aram Hakobyan ilk dəfə Komitənin üzvü olan Ermənistanın 1972-ci il Konvensiyasının həyata keçirilməsini gücləndirmək üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

O, Ümumdünya İrs Mərkəzinin Ümumdünya İrs Siyahısında az təmsil olunan iştirakçı dövlətləri dəstəkləmək səylərini yüksək qiymətləndirib və Mərkəzin imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

2026-cı ildə Ermənistanın ev sahibliyi edəcəyi Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflərinin 17-ci Konfransına toxunan Aram Hakobyan oktyabr ayında Mərkəzin iqlim və biomüxtəliflik gündəliyindəki rolunu, xüsusən də mədəni və təbii irsin qorunması ilə biomüxtəlifliyin qorunması arasındakı əlaqələri gücləndirməklə yüksək qiymətləndirib.

Səfir Mkrtçyan Amerika Xarici Siyasət Şurasında Ermənistan-ABŞ münasibətlərinin cari gündəliyini təqdim edib
Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Amerika Xarici Siyasət Şurasında (AFPC) “Ermənistanın tərəqqi yolu” adlı dəyirmi masa müzakirəsində iştirak edib. Bu barədə səfirlik məlumat verir.

Səfir çıxışında Ermənistan-ABŞ münasibətlərinin cari gündəliyini təqdim edib, ikitərəfli əməkdaşlığın inkişafının əsas istiqamətlərinə toxunub və yüksək texnologiyalar, kritik minerallar, yarımkeçiricilər, nüvə enerjisi və süni intellekt daxil olmaqla müxtəlif sektorlarda yeni imkanları vurğulayıb.

Müzakirə zamanı iştirakçılar Ermənistan-ABŞ münasibətləri, regional inkişaflar, Ermənistanın xarici siyasət prioritetləri və digər məsələlərlə bağlı suallar veriblər.

İsrail parlamenti özünü buraxıb
Payız seçkiləri ərəfəsində İsrail parlamenti özünü buraxmaq qərarına gəlib. Hakim koalisiyanın 62 deputatı təşəbbüsün lehinə səs verib. Müxalifət qüvvələri səsvermədə iştirak etməyib.

Yeni çağırış parlament oktyabrın 27-də keçiriləcək parlament seçkilərindən sonra toplaşacaq. Vətəndaşlar 120 deputat seçməlidir. Parlamentdə çoxluğu yaratmaq və hökuməti formalaşdırmaq üçün azı 61 mandat lazımdır.

Benyamin Netanyahunun əsas rəqibi müxalif “Yaşar” bloku ilə İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotdur. Son sorğulara görə, Eysenkotun Netanyahudan cüzi üstünlüyü var.