İdman – Ermənistanın İctimai Radiosu

Sevanda 2000-dən çox iştirakçının cəlb olunması ilə Seaside Startup Summit Armenia 2026 start götürəcək
Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi nazirliyinin (YTSN) dəstəyi və “Startup Armenia” elmi-təhsil Fondunun təşəbbüsü ilə iyulun 26-dan avqustun 1-dək Sevan (Göyçə) sahilində “Seaside Startup Summit Armenia 2026” beynəlxalq texnologiya və sahibkarlıq tədbiri keçiriləcək.

YTSN-dən bildirirlər ki, sammit Ermənistanda artıq ardıcıl olaraq ikinci ildir təşkil olunur. İnnovativ ideyaların inkişafını, texnoloji sahibkarlığı və biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasını stimullaşdırmaq məqsədilə tədbirin təşkili üçün 2025 və 2026-cı illərdə dövlət büdcəsindən 200 milyon dram vəsait ayrılıb.

Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs erməni startapları üçün beynəlxalq əlaqələri genişləndirmək, investisiyalar cəlb etmək və qlobal bazarda rəqabətqabiliyyətliliyi artırmaq imkanı yaradır, eyni zamanda Ermənistanın regional texnoloji mərkəz kimi mövqelərinin möhkəmlənməsinə töhfə verir.

Bir həftə ərzində Sevan sahilində qeyri-formal düşərgə formatında müxtəlif ölkələrdən gəlmiş startap təsisçiləri, investorlar, vençur fondlarının nümayəndələri, texnologiya şirkətlərinin mütəxəssisləri, mentorlar və innovasiya sahəsinin ekspertləri toplaşacaq.

“Seaside Startup Summit Armenia 2026” çərçivəsində bir sıra tematik tədbirlərin keçirilməsi nəzərdə tutulur: World Youth Environment Festival, Sevan AgriTech Summit, WineTech Innovation Summit, Cyber Insurance Summit, Mining Innovation Summit və Sevan EV Rally. Tədbirə 50-yə yaxın ölkədən 2000-dən çox iştirakçının cəlb olunması gözlənilir. İyulun 30-da isə “Government Day” (Hökumət Günü) tədbiri keçiriləcək və bu müddətdə dövlət qurumları müxtəlif sahələrin problemlərinin həllinə yönəlmiş rəqəmsal təşəbbüslər və texnoloji həllər təqdim edəcəklər.

FİBA Avropa Prezidenti və İcraçı Direktoru Ermənistan Basketbol Federasiyasını təbrik ediblər
FİBA Avropa Prezidenti Xorxe Qarbaxosa və icraçı direktor Kamil Novak Ermənistanın U16 yığmasının U16 Avropa çempionatının C divizionunda çempion olması münasibətilə Ermənistan Basketbol Federasiyasına rəsmi təbrik məktubu ünvanlayıblar.

Alınan məlumata görə, bu barədə Ermənistan Basketbol Federasiyası məlumat yayıb.

Məktubda xüsusilə deyilir:

“Bu parlaq nəticə gənc idmançılarınızın və məşqçilər heyətinin gərgin əməyinin, fədakarlığının və istedadının əksidir. Çempionluq adını qazanmaq erməni basketbolu üçün əlamətdar nailiyyətdir və gələcək üçün ümidverici siqnaldır.

Xahiş edirik bizim səmimi təbriklərimizi oyunçulara, məşqçilərə və nümayəndə heyətinin bütün üzvlərinə çatdırın. Sizə qarşıdakı illərdə də davamlı uğurlar, yeni nailiyyətlər və sabit inkişaf arzulayırıq”.

Xatırladaq ki, U16 Avropa çempionatının C divizionu Yerevanda  keçirilib. Ermənistan yığması turniri məğlubiyyətsiz başa vuraraq keçirdiyi bütün 6 oyunda qalib gəlib.

Finalda Ermənistan seçməsi Malta yığmasını 97:68 hesabı ilə üstələyərək Avropa C divizionunun çempionu titulunu qazanıb. Turnirin rəmzi beşliyinə Ermənistan yığmasının iki basketbolçusu – Entoni Sarkisyan və Etan Kazançyan daxil olub, Entoni Sarkisyan isə həmçinin turnirin ən dəyərli oyunçusu (MVP) seçilib.

Eduard Spertsyan Rusiya Premyer Liqasının ən yaxşı yarımmüdafiəçisi seçilib
RPL mətbuat xidmətinin məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun yeni oyunçusu və Ermənistan milli komandasının kapitanı Eduard Spertsyan ötən mövsüm Rusiya Premyer Liqasının ən yaxşı yarımmüdafiəçisi seçilib.

Krasnodarın keçmiş kapitanı bu mükafatı karyerasında dördüncü dəfə qazanıb. O, həmçinin 2023, 2024, 2025 və 2026-cı illərdə çempionatın ən yaxşı yarımmüdafiəçisi seçilib.

Bu yaxınlarda başa çatan Rusiya çempionatında 26 yaşlı futbolçu 30 matçın hamısında iştirak edib, 13 qol vurub və 16 məhsuldar ötürmə edib. “Krasnodar” və “Əl-Əhli” Spertsyanın transferini iyulun 7-də elan ediblər.

Spertsyan rəsmi olaraq Əl-Əhliyə keçdi
Ermənistan milli futbol komandasının kapitanı Eduard Spertsyan rəsmi olaraq Səudiyyə Ərəbistanının Əl-Əhli klubuna keçdi.

Armenpress-in məlumatına görə, bu barədə Krasnodarın mətbuat xidməti məlumat verib. Spertsyan Krasnodar futbol klubu akademiyasının tələbəsidir. Qara-yaşıl formada 185 oyunda Spertsyan 102 effektiv hərəkət (58 qol + 44 məhsuldar ötürmə) edib və klub tarixində ikinci bombardir olub.

2024/25 mövsümündə kapitan kimi Edvard “öküzlər”i klub tarixində ilk çempionluğa aparıb. 2025/26 mövsümündə isə 29 xalla (13+16) RPL-in ən yaxşı effektiv ötürməçisi (16 məhsuldar ötürmə) və “qol + məhsuldar ötürmə” sistemində ən yaxşısı olub.

İranın Futbol Yığması soyunub-geyinmə otağında Dünya çempionatına ev sahibliyi edən Los-Ancelesə təşəkkür məktubu qoyub
İranın milli futbol yığması bazar günü Belçika ilə heç-heçədən sonra soyunub-geyinmə otağında Dünya Çempionatına ev sahibliyi edən Los-Anceles şəhəri üçün təşəkkür məktubu qoyub və turnirin növbəti mərhələsinə adlamaq ümidini qoruyub. Bu haqda  CNN yazır.

Los-Anceles İranın ilk iki oyununa ev sahibliyi edib, komanda növbəti dəfə Sietlda Misirlə qarşılaşacaq. Səyahət məhdudiyyətlərinə görə İran yığması turnir boyu Meksikanın Tixuana şəhərində yerləşib və oyunlar üçün ABŞ-a səfər edib.

“Min illər əvvəlki Qədim Farsdan tutmuş bugünkü sivil İrana qədər – İran ruhu canlı və sarsılmaz olaraq qalır. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.

Ev sahibliyinə görə Los-Ancelesə təşəkkür edirik” – deyə İran Futbol Federasiyası tərəfindən dərc edilmiş əlyazma məktubunda qeyd olunur. Məktubda İran həmçinin öz azarkeşlərinə təşəkkür edib və bütün millətləri “sülhə, hörmətə və dostluğa” çağırıb.

Ermənistanın Qadın Tennis Komandası “Billi Cin Kinq” Turnirinin Startında Azərbaycana Qalib Gəlib
San-Marinoda keçirilən “Billi Cin Kinq” (Qadınlar arası dünya komanda kuboku) kubokunun 3-cü alt qrupunun ilk turunda Ermənistan yığması Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəlib.

Verilən məlumata görə, bu barədə Ermənistan Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Təkbətək (fərdi) qarşılaşmalarda Ani Amirağyan (6:0, 6:0) və Elina Avanesyan (6:3, 6:2) qələbə qazanıb, cütlük yarışında isə Maria Azizyan və Alina Soğomonyan 6:2, 6:1 hesabı ilə üstün olublar.

Digər tərəfdən, Tsaxkadzorun Baş İdman Kompleksində keçirilən Devis Kubokunun (Davis Cup) Avropa zonası 4-cü alt qrupunun 2-ci turunda Ermənistan yığması San-Marino yığmasını 2:1 hesabı ilə məğlub edib.

Ermənistan komandasının heyətində təkbətək yarışda David Poghosyan qələbə qazanıb, Avetik Ğazaryan zədələnib, cütlərin yarışında isə Samvel Ağayan və Mikael Avanesyan üstünlük təmin ediblər.

Şant Sargsyan Dünya Sürətli Komanda Çempionatında Maqnus Karlseni məğlub edib
Şahmat Federasiyasının məlumatına görə, erməni qrossmeyster Şant Sargsyan Çinin Honkonq şəhərində keçirilən 2026-cı il Dünya Sürətli Komanda Çempionatının 7-ci turunda dünya reytinqli Maqnus Karlseni məğlub edib.

Ermənistan-Azərbaycan sülhü hələ də kövrəkdir və beynəlxalq dəstəyə ehtiyac duyur։ BMT və UNESCO-da daimi müşahidəçi
Ermənistan və Azərbaycan arasındakı sülh prosesi regional gündəmin əsas mövzularından biri olaraq qalır. İki ölkə arasında son hadisələr sülhə doğru əhəmiyyətli irəliləyişlər göstərsə də, sülh hələ də kövrəkdir və beynəlxalq ictimaiyyətin davamlı dəstəyini tələb edir.

BMT və UNESCO-da Sülh Universitetinin səfiri və daimi müşahidəçisi David Fernandes Puyana Armenpress müxbirinə verdiyi müsahibədə həm Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə, həm də Cənubi Qafqazdakı son hadisələrə, eləcə də Ermənistanın Avropa İttifaqı ilə münasibətləri və tərəfdaşlığı daha da dərinləşdirmək üçün atdığı addımlara və Yerevanın Avropa istəklərinə toxunaraq bu fikri ifadə edib.

“Sülhə doğru mühüm və əhəmiyyətli addımlar görürəm. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sülh bəyannaməsi xüsusilə diqqətəlayiqdir. Lakin bu sülh çox kövrəkdir və beynəlxalq ictimaiyyətin davamlı dəstəyini tələb edir. Bu il də vacibdir, çünki müstəqil Ermənistan tarixində ilk dəfə olaraq Avropa liderləri Avropa Siyasi Birliyi Sammitində, eləcə də Ermənistan-AB Sammitində iştirak etmək üçün Yerevanda toplaşıblar. Və bu, Ermənistan üçün geosiyasi baxımdan dönüş nöqtəsi oldu. Düşünürəm ki, bu, həm də beynəlxalq ictimaiyyətə vacib bir mesaj idi”, – deyə David Pouyana bildirib.

Həmsöhbət çıxışında bütün bunlarla yanaşı, xüsusilə dünyada baş verən xaos və müharibələr şəraitində Avropa liderlərinin Ermənistan hökumətinə verdiyi vədlərin necə yerinə yetiriləcəyi ilə bağlı çətinliklərin də olduğu fikrini ifadə edib. “Ermənistanda insanlar Avropa İttifaqından çox şey gözləyirlər və bu gözləntilərini və vədləri necə yerinə yetirmək mənim əsas fikrimdir. Amma hər halda, görürük ki, xüsusilə son illərdə Ermənistan hökuməti Avropa İttifaqına yönəlmiş xarici siyasətini irəli aparmağa və təşviq etməyə çalışır”, – deyə Puyana vurğulayıb və Ermənistanın Avropa İttifaqına yönəlmiş istəklərinin həyata keçirilməsinin beynəlxalq ictimaiyyətin vaxt və dəstəyini tələb edəcəyini vurğulayıb.

Ermənistan bir həftəlik müddətə hərbi idmanın dünya mərkəzinə çevriləcək
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) 2027-ci il Baş Assambleyası və Konqresini keçirmək hüququ Ermənistan Respublikasına verilib.

Verilən məlumata görə, bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat verərək əlavə edib ki, bu çərçivədə Ermənistan bir həftəlik müddətə hərbi idmanın dünya mərkəzinə çevriləcək.

Məlumata əsasən, Ermənistan Müdafiə nazirliyinin nümayəndə heyəti Monakoda keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) Baş Assambleyası və Konqresində iştirak edib.

Beynəlxalq Hərbi İdman Şurası Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın ən böyük çoxidmanlı təşkilatıdır və ona 142 ölkə üzvüdür.

Konqres çərçivəsində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Fiziki Hazırlıq və İdman Xidmətinin rəisi, polkovnik Arman Davtyan məruzə ilə çıxış edərək CISM çərçivəsində Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi fəaliyyəti təqdim edib.

Qeyd olunur ki, 2019-cu ildə Ermənistanda CISM-in Avropa Konfransı, 2024-cü ildə isə Hərbi Güləşçilərin Dünya Çempionatı keçirilib.

Beynəlxalq Hərbi İdman Şurasının 2027-ci il Baş Assambleyası və Konqresini keçirmək hüququnun Ermənistana verilməsi ilə bağlı CISM-in prezidenti ilə müvafiq saziş rəsmi olaraq imzalanıb.

Buna əsasən, Ermənistan 2027-ci ildə dünyanın 142 ölkəsinin silahlı qüvvələrinin idman və fiziki hazırlıq rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edəcək.

Ermənistan və Gürcüstan 2029-cu il FIFA Gənclərarası Dünya Çempionatına birgə ev sahibliyi edəcəklər
Ermənistan və Gürcüstan 2029-cu il FIFA Gənclərarası Dünya Çempionatına birgə ev sahibliyi edəcəklər. Bu barədə İdman və Gənclər Nazirliyi məlumat verib.

“Kanadanın Vankuver şəhərində Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İcraiyyə Komitəsinin iclası keçirilib və iclasda Ermənistan və Gürcüstanın turnirə ev sahibliyi etmək üçün birgə müraciəti qalib kimi tanınıb.

Xəbərdə deyilir ki, Ermənistan oyunları Yerevan, Vanadzor və İcevanda keçiriləcək”․

Baş nazir Nikol Paşinyan daha əvvəl sosial media səhifəsində Vanadzor stadionunun yenidən qurulduğunu, yaxın gələcəkdə İcevanda da stadionun tikiləcəyini və Yerevandakı Respublika stadionunun müəyyən dəyişikliklərə məruz qalacağını bildirmişdi.