BaşlıcaBeynəlxalq

Dağlıq Qaqarbağ: Qafqazda gərgin bomba?

Euronews apreldə Qarabağ və Azərbaycan münaqişəli qoşunlarının təmas xəttinin bütün uzunluğuyla bir həyata keçirilən hərbi əməliyyatlara 5 aydan sonra geri nəzər salıb.

Verilən məlumata görə Euronews iki tərəflərin nümayəndələriylə söhbət edib.

“Dağlıq Qaqarbağ .Qafqazda gərgin bomba?” sərlöhvəli məqalədə

deyilir ki, aprel ayındakı əməliyyatların yenidən başlanmasıyla 20 il davam edən dondurulmuş münaqişəni yenidən oyatdı.

Erməni tərəfinin hərbiçiləri 20 yaş həddinə də çatamamışlar.Bununla belə onlardan çoxlarının artıq müharibə təcrübələri var.

”Biz öz Vətənimizi, öz ailəmizi və bütün onları, kimlər ki, bu torpaq üzərində yaşayır müdafiə edirik”-deyə ordu xidmətçisi Aram Yeqoryan bəyan edib.

Ermənistanın 1994-cü ildə qələbəsiylə imzalanmış atəşkəsdən sonra toqquşmalar müntəzəm olaraq davam olunurdu.

“Bizə bu səngərlərdən o tərəfə keçmək üçün icazə verilmir. Qarşı tərəfdə 100 metr məsafə üzərində azərbaycanlı hərbiçilər dayanıb”- deyərək Euronews-un müxbiri söyləyir.

Erməni icmasının dəstəyini qazanmaqla DQ Ordusu hər bir anda Azərbaycan tərəfinin zərbələrinə müqavimət göstərməyə hazırdır.

”1994-cü ildən başlayaraq qarşı tərəf daima atəşkəsi pozmuşdur. Apreldə hərbi əməliyyata məhz onlar başlamışlar.

Biz indi daha yaxşı hazırlaşmalıyıq və əgər o təkrar olunarsa bu dəfə olduqca əzəmətli şəkildə müqavimət göstərəcəyik” –deyərək Şimal cəbhəsinin altileriya batalyonunun rəisi Sevak Sardaryan bəyan edib.

Talış kəndindən köçürülən sakinlərdən Qariq Ohanyan müxbirə evindən nələr qaldığını göstərib:

“Bu mənim evimdir.Mən 20 il əzab-əziyyətlə işləmişəm öz evimi qurmuşam.Baxın evimdən nə qalıb. Hər şey darmadağın edilib. İndi mən bilmuirəm nə edim?” -deyərək o qeyd edib.

Talış kəndindən 15 km o tərəfdə Tərtər rayonudur.Orada müxbir azərbaycanlı əskərlərlə görüşüb.Orada ona cəmi 30 saniyə icazə verilib çəkilş etsin və dərhal uzaqlaşsın.

Müxbirin sözlərincə apreldə Tapqaraqoyunlu kəndində mülki sakinlər arasında həlak olanlar olmamışdır. lakin kəndə hiss ediləcək zərər toxunulmuşdur və hazırda bərpa olunma işləri aparılır.Talış kəndində olduğu kimi orada da hamızı müharibədən çəkinir, qorxu hissini keçirir.

“Mənim üçün məsələnin həllinin yeganə yolu müharibədir digər variant yoxdur”- deyərək kənd sakinlərindən Faiz Mustafayev bəyan edib.

Məqalədə qeyd olunur ki, Beynəlxalq cəmiyyətin Dağlıq Qarabağıın müstəqilliyini tanımamasına baxmayaraq,o iqtisadiyyatını inkişaf etdirmək və investorları cəlb etmək istiqamətində mübarizə aparır.

“Biz inanırıq ki, gərək Dağlıq Qarabağ danışıqlar masası ətrafına qaytarılsın.Artıq iki dəfə 1991 və 2006-cı illərdə əhali Respublikanın müstəqilliyinin tanınılmasının lehinə səs verib.

Xalqın qərarını hesaba almaq lazımdır və gələcək nizamlanma işində onu bərkitmək məqsədyönlüdür”-deyərək DQR Xİ naziri Karen Mirzoyan bildirib.

DQ-ın beynəlxalqcasına tanınılması odur, nəyi Karen Matevosyan və öz ailəsi uzun müddətdir ki, ailəsiylə birlikdə görmək istəyir.Karen və öz ailəsi Sumqayıt qırğınlarını görüb yaşayanlardandır.

“Dəhşətli idi onlar adamları sağ-salamat yandırır, qadın və qızları, hətta uşaqları belə zorlayırdılar.Heç kimə, hətta mənim düşmənimə belə bütün onların içərisindən keçməyi istəməzdim, nələri ki, bizim başımıza Sumqayıtda gətirdilər.

Karen və həyat yoldaşı təsəvvür etmirlər ki, Qarabağı, öz dədə-baba yurdlarını, indisə öz torpaqlarını haçansa tərk etməli olacaqlar.

Stepanakertdə Euronews-un müxbiri Timo mərkəzinin məzunlarından birinə rast gəlib, kim ki, müharibə zamanı öz dayısını itirmişdir.

Butün onları ki, nümayiş etdi, onun ilk layihəsidir ki, o da foto sərgi təşkil etməyə və onu ön xətdə döyüşən hərbiçilərin gündəliyinə həsr etməyə ruhlandıraraq vadar etmişdir.

Mən istəyirəm ki, o şəkillərə baxaraq əhali bizim gücümüzü, bizim sarsılmaz ruhumuzu görsün ki, oğlanlar daima hazır vəziyyətdədir. Mən istəyirdim ki, mənfi yox müsbət cəhətləri göstərmiş olum hansıları ki, mən özüm şəxsən görmüşəm”-deyərək o qeyd edib.

Daha çox göstər
Back to top button