BaşlıcaSiyasət

İsrailin İrana qarşı zərbələri üçün Azərbaycanın ərazsini istifadə etmək qərarı ABŞ qəbul edəcək: Qantaharyan

Nəzəri olaraq İsrail öz bazalarının olduğu Azərbaycan ərazisindən İrana zərbə endirə bilər. Bu barədə Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şahan Qantaharyan NEWS.am-in müxbiri ilə söhbətində bildirib.

O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədin yaxınlığında yerləşdirilməsi Tehran tərəfindən sakitcə qəbul edilə bilməz və bu, İran və Azərbaycan münasibətlərinə öz təsirini göstərib.

“Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün təhlükələr ehtiva edir, ona görə də Bakı bu təhlükələri ölçüb-biçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdıracaq” – deyə Qantaharyan qeyd edib.

O əlavə edib ki, Türkiyədə yerli özünüidarətmə orqanlarının seçkilərindən sonra Ankaranın ABŞ-dan asılılığı artıb.

“Bu o deməkdir ki, ABŞ-ın icazəsi olmadan Türkiyə özü Azərbaycana belə icazə verə bilməyəcək. Əgər söhbət İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən gedirdisə, güman etmək olardı ki, Azərbaycana İrana hücumlar üçün öz ərazisini təmin etmək tapşırılacaq. Lakin bu gərginlik azalıb” – deyə Qantaharyan vurğulayıb.

Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır.

“Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü qoruyurlar və ölkələr arasında müəyyən əməkdaşlıq xətti var. Bu da İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir.

İran üçün strateji əhəmiyyətli bir amil var: Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın Cnubunda layihənin həyata keçirilməsi istiqamətində əməli addımlar atmağa hazır olması barədə məlumat yayılmışdı.

Əgər İranla Qərb arasında sonuncunun Gürcüstana təsirini nəzərə alaraq razılaşma olmasaydı, bu layihə işləməzdi” – deyə o, yekunlaşdırıb.

Daha çox göstər
Back to top button