Siyasət
Uorlik: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.
Bunu öz “Twitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
“Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək”, – deyə Ceyms Uorlik bildirib.
Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ Münəqişəsindən danışarkən qeyd etdi ki, Ermənistan və Azərbaycan liderləri Qarabağ məsələsinin nizamlanmasına hazır deyil.







