Siyasət

Yaqland Minsk Qrupu həmsədrlərini dəstəkləndiyini bildirib

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində ATƏT-in Minsk Qrupunun vasitəçilik misyasını dəstəkləndiyini bildirib. Bu haqda “Armenpress”-ə Avropa Şurasının ofisindən məlumat veriblər.

“Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, baş vermiş döyüşlər nəticəsində öldürülmüş azərbaycanlı əsgərin meyitini hələ də erməni tərəfindədir.”,-deyə Yaqland bildirib.

“Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, T. Yaqlandın bəyanatında deyilir.

Daha çox göstər
Back to top button