Siyasət

Movses Hakobyan NATO toplantısında iştirak edib

Yanvarın 17-də ER Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Movses Hakobyanın başçılıq etdiyi nümayəndə həyeti Brüsseldə baş qərargah rəisləri səviyyəsi ilə keçirilən NATO Hərbi Komitəsinin görüşündə iştirak edib. Bu haqda NATO-nun rəsmi saytı məlumat yayıb.

Görüş zamanı iki iclas keçirilib. Biri Əfqanıstanda “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında təşkil edilən görüşləri. NATO-nun iclası yanvarın 18-dək davam ediləcək.

İclasda Azərbaycan SQ Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Gürcüstan SQ Baş qərargah rəisi, general-mayor Vladimir Çaçibaia, Türkiyə SQ Baş qərargah rəisi, ordu generalı Hulusi Akar və digərlər iştirak ediblər.

Qeyd edək ki, Ermənistan Əfqanıstanda keçirilən sülhməramlı missiyalarda 2010-cu ildən bəri iştirak edir. Əfqanıstanda Ermənistan Silahlı Qüvvələrinin 131 sülhməramlı əsgəri xidmət edir. Onlar sülhməramlı missiyasına Almaniya Sailahlı Qüvvələrinin rəhbərliyində Əfqanıstanın şimal komandasında qatılırlar.

2016-cı il dekabr ayında erməni tərəf bildirib ki, 2017-ci ildə də Əfqanıstanda keçirilən missiyalarında iştirak edəcək.

Daha çox göstər
Back to top button