Belorus prokurorluğu Lukaşenkonun bəyanatına ziddir

Beynəlxalq mətbuat vasitələrinin müzakirəsi mərkəzində o fakt peyda olunub ki, Belorusda həbs olunaraq Azərbaycana ekstradisiya edilmiş bloqer,Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşin İnterpol tərəfindən axtarışda olmayıb.
EurAsiadaily-nun “Lukaşenko yalan danışdı bloqer Lapşin İnterpolda axtarışda olmayıb” sərlöhvəli məqalədə Ermənistan polisinin bəyanatına istinadən qeyd olunur “Belorus Prezidentinin bəyanatı sıravi dezinformasiya idi”.
Xatırladaq ki, Lukaşenko fevralın 3-də keçirilən mətbuat icmalı zamanı elan etmişdir ki,”Azərbaycan Belorusa müraciət etməyib İnterpola edib”.
”Biz İnterpolun qərarı əsasında onu (Lapşini) həbs etmişdik və qəbul olunan qaydaya görə Azərbaycana ekstradisiya edəcəyik”-deyərək Belorus rəhbəri bəyan edib
İndisə fevralın 3-də Lukaşenkonun səsləndirdiyi bəyanata nəinki yalnız İnterpolun açıqlaması, həm də Belorus prokurorluğu ziddir.
”RİA Novosti”nin dərcinə əsasən Belorusun baş prokurorluğunun nümayəndəsi elan edib: “Belorusda həbs olunmuş və Azərbaycana ekstradisiya olunmuş Aleksanadr Lapşin beynəlxalq axtarışda yox ,dövlətlərarası axtarışda olmuşdur.
Vətəndaş Lapşin dövlətlərarası axtarışda olduğu səbəbdən, yəni MDB dövlətləri arasında fəaliyyət göstərən razılaşmalar əsasında olub”.







