BaşlıcaSiyasət

Rusiya Ermənistan-Türkiyə danışıqlarına dəstək verəcək

Moskva Ermənistan və Türkiyə danışıqlarına dəstək verməyə hazırdır və sərhədlərin açılmasını alqışlayacaq. “Ria Novosti”-nin verdiyi məlumatına görə, bunu RF Xİ naziri Sergey Lavrov bildirib.

“Regional Post — Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər nazir Sergey Lavrov qeyd etdi ki, RF 2007-2009-cu illərdə Ermənistan və Türkiyə əlaqələrinin istiləşdirilmə işində böyük rol oynayıb, lakin sonra nizamlanma prosesi dayandırılmışdı.

“Əsaslı əhəmiyyətlidir ki, tərəflər razılaşmağa və ciddi, məsuliyyətli qərarlar almağa bacarıqlarını göstəriblər. Əminəm ki, Ermənistan və Türkiyə mövcud məsələləri həll edə bilərlər. Bir çox şey özlərindən asıllıdır. Yerevan və Ankara danışıqlar masasına otursa, Rusiya onlara ən aktiv şəkildə dəstək verməyə hazır olacaq”.

“Təbii, biz AİB xarici sərhədinin erməni-türk hissəsinin açılmasını çox alqışlayacağıq. Bu şübhəsiz ki, bütün region üçün faydalı olacaq”,-deyə Lavrov bildirib.

Daha çox göstər
Back to top button