İctimaiyyət

Baş redaktor prokurorluğa çağırılıb

Bu gün, mayın 23-də basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa çağırılıb.

Bu barədə M.Hacıbəyli özü məlumat yayıb.

Baş redaktor prokurorluğa çağrılmasının səbəbini belə izah edib:

«Səbəbini soruşduqda bunu saytda dərc edilən bəzi yazılarla izah etdilər. Konkret deyə bilmərəm ki, hansı yazılardır, yəqin orada olduqda söhbətin hansı yazılardan getdiyi bilinəcək».

M.Hacıbəyli dəvətə uyğun, saat 15:00-da prokurorluqda olacağını söyləyib.

M.Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır. Saytda əsasən tənqidi yazılar dərc edilir.

Azadliq.org

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button