İctimaiyyət

Jurnalist prokurorluqda dindirilib

Iyulun 25-də jurnalist Aytən Fərhadova Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 4 saatadək dindirilib.

Onun sözlərinə görə, dindirmə həbsdəki jurnalist Əfqan Muxtarlı və “Meydan” TV İnternet resursuna qarşı açılmış cinayət işi ilə bağlı olub.

“Bundan əvvəl olduğu kimi (jurnalist əvvəllər də dindirilib) indi də ənənəvi suallar verdilər, amma bu dəfə suallar daha detallı idi. Əfqan Muxtarlı, “Meydan” TV ilə bağlı suallar oldu”, – jurnalist istintaq sirri səbəbindən dindirilməsinin təfərrüatlarına varmayıb.

A.Fərhadova iş üzrə şahid qismində dindirilib.

Qeyd edək ki, bir müddət əvvəl həbsdəki jurnalist Əfqan Muxtarlınin cinayət işi “Meydan” TV-nin cinayət işi ilə birləşdirilib.

Bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, İslam Şıxəli, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri adıçəkilən cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button