ABŞ konqresmen Devid Valadeo Artsaxdadır
ABŞ konqresmen Devid Valadeo Artsaxa gəlib. Orada Hay Dat komitəsinin rəshbəri Raffi Hambaryan ilə “HALO Trust” şirkətinin minatəmizləmə işlərini izləyib. Qeyd edək ki, iki həftə əvvəl ABŞ Nümayəndələr Palatası Valadeonun təklifini qəbul etmişdir və beləliklə, ABŞ hökuməti Artsaxda minatemizləmə işlər aparan “HALO Trust” şirkətinə maliyyə yardım göstərməyə davam edəcək.
Valadeo Artsaxdan sonra Ermənistana gedəcək. Orada konqresmenlər nümayəndələr heyəti ilə Ermənistan-ABŞ əlaqələrinin güclənməsinə yönəlmiş bir neçə tədbirlər və görüşlərə qatılacaq. Nümayəndə heyəti tərkibində Ceki Spir, frenk Palone, Anna Eşu, Tulsi Gabard və Ceyms Sensenbrener vardır.
Son 16 il ərzində “HALO Trust”-un səyləri ilə Artsaxda 8700-dən çox anti-personel, 2500 anti-tank və minlarla digər cihazlar təsirsiz hala gətirildi. Təşkilat Artsaxda aparılan minatəmizləmə işlərini 2020-ci ilə qədər bitirməyə çalşır.