Siyasət

Armen Aşotyan Bakıda Evronest Parlament Asambleyasında çıxış edib

ER Parlamentinin nümayəndə heyətinin rəhbəri, ER Parlament Xarici münasibətlər daimi komisiyasının sədri Armen Aşotyan sentyabrın 22-də Bakıda Avronest Parlament Asambleyasında çıxış edib.

Bu haqda ER Parlament xarici münasibətləri daimi komissiyasından məlümatlandırırlar.

Konfrans çərçivəsində erməni nümayəndə heyəti də mətbuat konfransla çıxış edib.

Aşotyan Evronest Parlament Asambleyasında iştirak etmə qərarına toxunaraq vurğulayıb ki, Evronest Parlament Asambleyası Ermənistan üçün əhəmiyyətli bir sahədir.

“Ermənistan Aİ ilə yeni razılaşmayı imzalamağa hazrılayır. Bundan başqa biz avropalı deputatların iştirak etdikləri  bu tədbirdə antierməni təbliğata icazə verməmək üçün buraya gəldik. Çox təəsüflüdür ki, bir neçə çıxışlarda bu cür şeylər olub. Amma hesab etmək lazımdır ki, biz buraya Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün səfər etməmişək”, – deyə ER nümayəndə heyətinin rəhbəri bəyan edib.

DQ münaqişəsinin nizamlanmasına toxunaraq, Aşotyan vurğulayıb ki, məsələnin nizamlanması tək qənuni formatı ATƏT Minsk qrubudur.

“Müzakirələr bu formatda keçirilir. Çox əfsus ki, keçmiş ilin aprelində Azərbaycan hərbi əməliyyatlarını yenidən başladı, nəticəsində proses pozuldu. Bu gün Minsk qrupunun fəaliyyəti tərəflər arasında etimadınm bərpa olunmasına yönəldilmişdir. Danışıqların sonrakı mərhələsinin keçirilməsi yalnız etimadın bərpa olunmasından sonra mümkün olacaq. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə xalqların öz müqəddəratını təyin etmə hüququ, torpaq bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən təhlükəsizlik zəmanətlərinin  çərçivəsində nizamlanmalıdır. Bu prinsiplər danışıqlar masasında olmalıdır. Əhəmiyyətlidir, ki  bütün tərəflər indiki prosesdə bu addımlara razı olsunlar”, – deyə Aşotyan qeyd edib.

Daha çox göstər
Back to top button