Siyasət
Edvard Nalbandyan Sergey Lavrovla görüşüb
ER Xarici İşlər naziri Edvard Nalbandyan Nyu-Yorkda sentyabrın 21-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Bu barədə ER XİN mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Görüş zamanı nazirlər Ermənistan və Rusiya Prezidentləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilmə prosesini, erməni-rus müttəfiq münasibətlərin gündəm məsələlərini, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəmi məsələlərini müzakirə ediblər.
Edvard Nalbandyan və sergey Lavrov nəzərdə tutulan yüksək səviyyəli qarşılıqlı səfərlərinə də toxunublar.