Çekinoğlu: “Türkiyə ictimaiyətinin böyük qısmı Ermənistanla münasibətlərinin nizamlanmasının tərəftarıdır”

“Qərbi ermənilər milli zirvəsi” beynəlxalq qeyr-hökumət təşkilatının sədri Aragats Axoyanın təşəbbüsü ilə Artsaxa səfər etmiş bir neçə türk ictimayi-siyasi və mədəni xadimləri dünən Stepanakertdə mətbuat konfransı ilə çıxış edib.
Yazar, aktivist Said Çekinoğlu qeyd edib ki, özü illər boyunca ermənilərə, Pomtos yunanlara və aysorlara qarşı soqırımlar tərədilmiş bir ərazidən gəlir. “Mən özüm, soqırım mütəxəssisiyəm, hüquq müdafiəçsisiyəm, buaraya gələrək, anladım ki, soyqırım məsələsi və Artsax münaqişəsi arasında birgə münasibət vardır”, – deyə S. Çekinoğlu deyib.
Erməni Soyqırımı məsələsinə toxunaraq, türk aydını qeyd edib ki, Osman Türkiyəsinin mütəfikləri Almaniya və Avstriya, ermənilərə qarşı törədilmiş cinayətlərdə günahkar olaraq, rəsmi olaraq Erməni soyqırımını tanımışlar, amma indi Türkiyə bunu rəd etməyə davam edir, bu isə erməni-türk münasibətlərinin bərpa olunmasını zorlaşdırır.
“Məncə Ermənistan ilə sərhəd şərtsiz olaraq, gəcikmədən açmaq lazımdır, çünki Türkiyə ictimaiyyətinin böyük bir qısmı Ermənistanla münasibətlərinin normlaşadırılmasının tərəftarıdır”, -deyə Çekinoğlu qeyd edib.







