Siyasət
‘Turan’ İA ilə bağlı cinayət işi davam edir

Vergilər Nazirliyində bir müddət əvvəl “Turan” İnformasiya Agentliyi (İA) barəsində açılmış cinayət işi davam edir.
Bu haqda nazirlikdən agentliyə daxil olmuş məktubda bildirilir.
Məktubu vergilər nazirinin müavini Namiq Əliyev imzalayıb. Sentyabrın 26-da imzalanmış məktub agentliyə bu gün, oktyabrın 2-də daxil olub.
Məktubda qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevlə bağlı həbs qətimkan tədbiri sentyabrın 11-də “başqa yerə getməmə” qətimkan tədbiri ilə dəyişdirilib. Bu ölkədən çıxma qadağası deməkdir.







