BaşlıcaSiyasət

Edvard Nalbandyan və ATƏT-in Minsk qrupunun vasitəçiləri Ermənistan və Azərbaycan preizdentlərinin görüşünün təşkili ilə bağlı məsələləri müzakirə ediblər

Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan bu gün ATƏT-in Minks qrupunun həmsədrləri İgor Popov, Stefan Viskonti, Endryu Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasperçiki qəbul edib.

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin informasiya, mətbuat və ictimaiyyətlə əlaqədər şöbəsinin bildirdiyinə görə, görüş zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili  ilə bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı tərəflər  Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyət, münaqişənin sülh yolu ilə nizamlanması yolunda Ermənistanın və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birgə səyləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Daha çox göstər
Back to top button