İctimaiyyət
Gözəl Bayramlının həbs müddəti uzadılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddəti yenidən uzadılıb.
Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsi həbs müddətinin dekabrın 25-nə qədər uzadılması haqda qərar çıxarıb.
G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən həbs olunub. O 12 min dolların qaçaqmalçılığında ittiham edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
G.Bayramlı ittihamları qəbul etməyərək onları siyasi motivli adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.







