Azərbaycan yeni korrpusiya qalmaqalının mərkəzindədir. İşveç mətbuatının açıqlamaları

İşveç İctimai Televiziyasının araşdırmacı jurnalistlər qrupu və “OCCRP”-nın (Organizerd Crime and Corruption Reporting Project) yeni korrupsiya mexanizmi ortya çıxarıblar. Azərbaycan yinə də korrupsiya qalmaqalının mərkəzindədir.
2017 il martın 10-də “Bombardier” Kanda şirkətinin İşveçdəki şöbəsinin əməkdaşı rüşvət vermək şübhəsiylə həbs olunub.
Stokholm məhkəməsinə görə, Rusiya Federasiyasının vətəndaşı, 37 yaşlı Evgeni Pavlov Azərbaycanda müqavilələr imzalamaq üçün rüşvət vermək şübhəsi ilə saxlanılıb. Pavlovun saxlanmsına dair xəbər İşveçdə Rusiya Fedrasiyasının səfirliyi tərəfindən təsdiqləndi. Prokurorluğunun bəyanatında qeyd edilir ki, şirkətinin yüksək rütbəli rəsimlər rüşetdən şübhələnirlər.
Prokurorluq ayrıntılar təqdim etməyib, lakin İşveç və Rysuya KİV-lərinin bildirdiyinə görə, bu iş Azərbaycan dəmir yolu orqanlarına rüşvət verməklə tender qazanması ilə bağlıdır. 2013-cü ildə şirkət siqnalizasiya sistemlərinin satışı üçün Azərbaycanın elen etdiyi tenderi qazanıb.
“Bombardier” qiyməti siyasəti ilə 5-ci yerdə olduğuna baxmayaraq, şirkət tenderi qazanıb, daha yaxşı qiymət təklif edən rəqibləri Azərbaycan hakimiyyəti tərəfindən diskvalifikasyia olunub”- deyə prokurorluğun bəyanatında qeyd edilib.
Sübut olaraq 2016-ci ilin oktyabr ayında şirkətin müşadirə olunmuş elektron mesajları qeyd olundu.
Bu prosesdə “Multiserv oversisi” məhsulun qiymətini 550 fazidən çox artırdı ( təxminən 570 milyon İşveç kronu).
İşveç KİV-lərinin bildirdiyinə görə pullar “postsovet ölkələrində korrupsiya qalmaqallarına iştirak edən rus iş adlarına” göndərilib.
Mətubatının bildirdiyinə görə, rüşvət 700 milyon İşveç kronu təşkil etdi.
Prokuror Tomas Forsberq bildirdi ki, onlar bu işi saxta hesablar vasitəsilə qara pul almaq üçün bir razılaşma hesab edirlər.







