Səfir: Çin Ermənistanla əlaqələrin güclənməsinə əhəmiyyət verir

ER Baş naziri Karen Karapetyan Ermənistanda Çinin fövqəladə və səlahiyyətli səfiri Tian Erlunini və Şimal-Cənub yolunun tikinti layihəsində cəlb olunmuş “Sinohidro” şirkətinin sədr müavini Ksion Liksini qəbul edib.
Karen Karapetyan Ermənistan-Çin iqtisadi əlaqələrinin davamlı inkişafına və güclənməsinə əhəmiyyət verərək qeyd edib ki, ER hökuməti çin kapitalının erməni bazarına cəlb olunması ilə maraqlanır. Baş nazir Ermənistanın AİB, Avropa və İran bazarlarına girmə imkanını nəzərə alaraq iki ölkənin də əməkdaşlıq üçün böyük potensiala malik olduğunu qeyd edib.
Səfir Tian Erlu qeyd edib ki, Çin Ermənistanla qarşılıqlı faydalı əlaqələrin güclənməsinə əhəmiyyət verir və ikitərəfli maraq doğuran layihələrin maliyyələşdirilməsi üçün bu cün geniş imkanları var. Şimal-Cənub yolunun
Talin-Lancik hissəsində “Sinohidro” şirkəti tərəfindən aparılan tikinti işlərinə toxunaraq Karen Karapetyan bütün məsələlərin həlli üçün lazımi addımların atılmasını vurğulayıb.
Görüşdə yeni “İpək Yolu” layihəsinin Ermənistanın mümkün cəlb olunması və Ermənistan-Çin əlaqələrinnə dair məsələlər müzakirə olunub.







