Siyasət
CNN-nin şou aparıcısı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib

CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib. “Azadliq.info” saytına əsasən, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
E.Burden oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün Azərbaycanın ermənilərin nəzarətində olan Şuşi şəhərinə səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.







