Ermənsiatnda Rusiya hərbi bazasının tank bölməsinin əsgərləri təlimlər keçiriblər

Rusiyanın Ermənistanda sayılı 102 hərbi bazasının tank bölməsinin əsgərləri “Alagyaz” poliqonunda təlimlər keçiriblər. Bu haqda “Razm.info”-ya Rusiya Federasiyasının silahlı qüvvələrinin Cənubi hərbi okruqunun mətbuat xitmətindən məlumat verilib.
Təlimlərə təxminən 100 əsgər, T-72 tankı daxil olmaqla 30-dan çox hərbi texnika cəlb edilib. Yekun yoxlamalar zamanı şərti düşmənin canlı qüvvəsini və zirehli döyüş vasitələrini məhv etmə təlimlər, eləcə də “tank düelosu” keçirilib.
“Düelo”-ya görə, tanklardan biri səngərdə gizlənir, ikinci tankı isə 2 km məsafədə fəaliyyət göstərərək, maskalanma mövqeyini deyişir. “Düelo”-nun işitirakçıları hədəf yerini tapmaq və vurmaq lazımdır. Bu tlimlər zamanı qeyri-döyüş sursatından istifadə edilmişdir.
Rusiyanın Ermənsiatnda yerləşən 102 saylı hərbi bazasının tank bölmələri ötən həftə də eyni cür təlimlər keçiriblər.







