AB-Ermənistan viza rejiminin müzakirəsi ilin sonuna qədər başlaya bilər

AB-Ermənistan azad viza rejimi ətrafında danışıqlara ilin sonuna qədər başlaya bilər.
Avrpa Birliyinin yüksək rütbəli vəzifəliləri ilə ötən həftə keçirilən görüşlərdən sonra Ermənistanda vətəndaş cəmiyyətinin nümayəndələri əmindirlər ki, Ermənistan –Avropa yeni razılaşmalar imzaladıqdan sonra Bresseldə ilin sonuna kimi viza rejimi ətrafında danışaqlara başlanacaq.Bu haqda “Azatutyun” radiostansiyası yazır.
Politoloq Stepan Qrikoryan Avropa qonşuluğu və genişlənmə məsələləriylə komissar Yohanes Han və AB-nin digər yüksək rütbəli nümayəndələriylə təmaslardan elə qənaətə gəlib ki, Gürcüstan kimi Ermənistan üçün də azad viza rejiminin sahmanlaşdırılmasına struktur zidd deyil.
“Təxminən 3 il daha çətin olacaq.Qanunnamə dəyişilməlidir. Bir neçə texniki məsələlər var ki,Ermənistan onu həll etməlidir. Onlar da bir ildə yaxud, il yarımda həll olunandır. Bütün bunlar həll edilən məsələlərdir”.
Estoniyanın paytaxtında keçirilən Şərq Tərəfdaşlığı mülki ictimaiyyət Forumunun başqa bir iştirakçısı “İnformasiyalaşmış vətəndaş birliyi” ictimai təşkilat rəhbəri Daniel İonisyanın fikrincə, danışıqlara artıq bu ilin dekabrından etibarən başlamaq olar.
“İstisna olunmur ki, danışıqlara məhz bu il başlanıla bilər.Danışıqlara başlamaq üçün gərək AB-ə üzv olan 28 dövlətlərdən mandat alınsın və istisna olunmur ki, o gələcəkdə gözəçarpan olacaq”.
Vizaların azadlıaşdırılması məsələsi həmçinin ER –AB tam və genişlənmiş həmkarlığın yeni razılaşmasında tədbiq olunub ki, onu da noyabrın 24-də imzalamaq nəzərdə tutulub.







