Serj Sarkisyan: Ermənistan Rusiya müəssisələri ilə sənaye əməkdaşlığını inkişaf etdirməyə hazırdır

Ermənistan Rusiya Federasiyası müəssisələri ilə maşınqayırma, radioelektronika sahələrdə sənaye əməkdaşlığını inkişaf etdirməyə hazırdır. Bu haqda ER Prezidenti Serj Sarkisyan “Ria Novosti”-yə müsahibədə bildirib.
“İlk nöbədə radioelektronika, maşınqayırma və sənaye əməkdaşlığını inkişaf etmək niyyətindəyik. Burada geniş və böyük imkanlarımız var. Bu münasibətilə də nəzərə almalıyıq ki, ermənilərin 2/3-ü Ermənistanda deyil, xaricdə yaşayır. Onlar yaşadıqları ölkələrin ictimaiyyətlərinə inteqrasiya olunub və sənaye sahədə yaxşı nəticələrə çatırlar. Onlar böyük bazarlarla maraqlanırlar”,-deyə Serj Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, artıq bir neçə birgə müəssisələr qurulub.
“Sənaye əməkdaşlığı dediyim müasir rəqabətqabiliyyətli məhsulların istehsalıdır “,-deyə Prezident bildirib.







