Siyasət

Almaniyalı deputat Artsaxdadır

Noyabrın 2-də Artsax Respublikası Parlament nümayəndələri Almanyada Artsax Respublikasının daimi nümayəndəsi Harutyun Qrigoryyan ilə Artsaxa səfər edən Almaniyanın Baden-Vyurtemberq bölgəsinin deputatı, “Almaniya üçün alternativ” partiyasının parlament fraksiyasının üzvü Lars Patrik Bergini qəbul ediblər.

Almaniyalı deputat Artsax Parlamentindəki siyasi partiyalar və onların ideoloji yönüm ilə maraqlandı və Almaniyada öz partiyasının siyasi rolu barədə danışıb. Görüş zamanı tərəflər cari geosiyasi dəyişikliklərə və xüsusilə də Avropada baş verən öz müqəddəratını təyin etmə proseslərinə toxunublar. Almaniyada Artsax haqqında obyektiv məlumatların yayılmasına dair də fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button