Siyasət

ER Xİ naziri: Bu gün Azərbaycanın məsələ həllinə hazır olması görünmür

Parlamentdə ER Xİ nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə Andranik Margaryan adına siyasi məktəbdə ER Prezidenti Serj Sarkisyanın son bəyanatını xatırlatdı. Prezident qeyd etmişdi ki, DQ nizamlanması ağrılı olacaq. “Prezident Azərbaycanın ağıllanmasını gözləyir, ki nizamlanma kompromislə olsun. Təbii, bu, tərəflər üçün ağırlı olacaq. Lakin bu gün Azərbaycanın məsələ həllinə hazır olmasını görünmür”,-deyə Şavarş Koçaryan bildirib.

Şavarş Koçaryan vurğulayıb ki, danışıqlar zamanı bəzi məsələlər var ki, sadəcə Artsax ilə bağlıdırlar. “Dağlıq Qarabağ Respublikasının iştirakı olmadan bu cür məsələləri heç kəs müzakirə edə bilməz və vasitəçilər bunu çox yaxşı anlayırlar. Onların, zamanı gəldiyində konkret irəliləyişin olması və bunun Qarabağsız mümkün olmamasına dair demələri təsadüf deyil”,-deyə Koçaryan vurğulayıb. Aprel ayınadək Ermənistan və Azərbaycan prezidentlərin görüşə bilməsinə dair sualına isə, Koçaryan cavab verib ki, bu mövzuda bir şey danışılmayıb.

Daha çox göstər
Back to top button