
“New Eastern Europe” Belçikalı yazıçı, müstəqil tədqiqatçı Valentin Luntumbuenin məqaləni dərc edib. Məqalədə qeyd olunur ki, Azərbaycanda vətəndaş cəmiyyəti ciddi təyziqlərə məruz qalır, lakin müxalifət öz mövqelərini saxlayıb.
“Onlar Ukrayna və Gürcüstan vəziyyətini araşdıraraq onların uğurları və səhvlərindən dərs alıblar. İlham Əliyev hakimiyyəti sarsılırsa, onlar hərəkətə hazır olacaqlar.
Azərbaycanda jurnalistlər, KİV-lər, hüquq müdafiəçiləri və siyasi fəallar ya təyziqlərə məruz qalır, ya sürgün olunur, ya da ölkədən çıxışlarına qadağan qoyulur. Bir sıra yerli qruplara və beynəlxalq şirkətlərə qarşı müxtəlif ittihamlara irəli sürülüb. Məsələn “Oxfam” və “Açıq cəmiyyət fondu” şirkətlərin bank hesabları müsadirə edilib və ofisləri bağlanıb.
Azərbaycan vətəndaş cəmiyyətinin məşhur nümayəndələri ya həb olunub ya da sürgün ediliblər.
Azərbaycan “müsadirə edilmiş bir dövlətdir”, bu fikir Beynəlxalq Valyuta Fondu tərəfindən korrupsiyanın formalaşdırılması üçün yaradılıb. Bu deməkdir ki, bütün qərarları və dövlət aparatı şəxsi maraqları və oliqarxları zənginləşdirmək üçün istifadə olunur.
Neft və qaz gəlirləri Əliyevlər klanına və pulyuyan maşından başqa, heç kəsə fayda gətirmir. Hazırda orta aylıq əmək haqqı 515 manat (270 avro) təşkil edir və bu rəqəm Gürcüstan və Ermənistan ilə müqayisədə daha aşağıdır”.
Belçikalı müstəqil təqiqatçı Gürcüstanda Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri ilə görüşüb.
O, 2014-cü ildə Azərbaycandan sürgün edilmiş Azad İqtisadi Yardım İctimai Birliyi QHT-nın sədri Zohrab İsmayil ilə görüşüb. İsmayil qeyd edib ki, Azərbaycan dövlət deyil, mafiyadır.







