Azərbaycanda 2 ədəd Heron PUA-sı aşkar edili. “Jane’s”

2017-ci ildə çəkilən peyk şəkillərində Azərbaycanda Lökbatan aviabazasında 2 ədəd İsrail istehsalı olan Heron PUA-sı görünüb. Bu nəinki Azərbaycanda həmin qurğuların olmasını bir dəfə də təsdiq edir, hətta bunların yerləşmə yerlərini aşkar edir. Bunun haqqında aparıcı “Jane’s” hərbi jurnalına istinadən Razm.info məlumat verir.
Məlumatı Hərbi Media yayıb.
Lökbatan aviabazası Bakı şəhərindən 15 km qərbdə yerləşir. O, əvvəllər aerodrom olmuşdur. Aviabazası 2013-cü ildən tikilməyə başladıysa da, şəkilləri nəzərə alaraq inşaat prosesinin hələ başa çatmamasını iddia edə bilirik.
Azərbaycan Silahlı Qüvvələrində Heron PUA-larından istifadə etmələri haqqında bu ilin iyul ayında ölkənin Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bildirib.
Daha əvvəl, iyunun 7-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov ölkənin Hərbi Hava Qüvvələrinin təlim mərkəzlərindən birində olmuşdu. Hadisədən sonra dərc olunan şəkillərdən birində PUA-dan bir hissə görünürdü. Həmin hissə o vaxt iddia etdiyimiz kimi Heron ailəsinin PUA-lara çox oxşayırdı.







