Siyasət

Artsax Prezidenti Qarabağ-Azərbaycan sərhəd hissələrindən birini ziyarət edib

Artsax Prezidenti Bako Sahakyan noyabrın 14-də Talış kəndini ziyarət edib və orada həyata keçirilən tikinti işləri ilə tanış olub.

Artsax Prezidentinin administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi məlumatlara görə, Bako Sahakyan həyata keçirilmiş proqramlara aid məsələlər ilə bağlı Talışda müşavirə keçirib və müvafiq orqanların rəhbərlərinə konkret təlimatlar verib.

Həmin gündə Prezident bir sıra hərbi hissələri və Qarabağ-Azərbaycan sərhədinin hissələrindən birini ziyarət edib, hərbi qulluqçuların xidməti və onların gündəlik həyatı ilə  tanış olub və vurğulayıb ki, silahlı qüvvələrin döyüş hazırlığının ardıcıl artırılması, sərhədin   gücləndirilməsi və müasir avadanlıqlarla təmin edilməsi dövlət qarşısında duran ən vacib vəzifələrdən biridir. O, həmçinin vurğulayıb ki, haklimiyyətlər bunları düzgün həll etmək üçün əllərindən gələni edəcəklər.

Daha çox göstər
Back to top button