İnformasiya müharibələri: Azərbaycan XİN, amerikalı erməni və terrorism ittihamları

Ermənistan və Azərbaycan rəsmiləri öz bəyanatlarında adətən siyasi ittihamları diqqət mərkəzində saxlamağa çalışırdılar, lakin indi oyun qaydaları dəyişdirdi.
“Amerikanın səsi” məlumat verir ki, son vaxtlarda Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyev öz Tviter səhifəsində amerikalı erməni, Vaşinqtondakı Hay Dat ofisinin sədri Aram Hambaryana terrorist və mafiya başçısı adlandırıb. “Amerikanın səsi”-nə müsahibədə Aram Hambaryan məlumat verib ki, azərbaycanlı dövlət rəsmisi tərəfindən öz şəxsiyyətinə belə diqqət yetirilməsindən təəccüblənir, lakin bunu məntiqli hesab edir. “İlham Əliyev bəyan etmişdi ki, onların bir nömrəli düşməni erməni lobbisidir və onların erməni lobbiyə qarşı hücumləri məntilidir”.
“Amerikanın səsi” Azərbaycanın ABŞ-dakı səfirliyinə də rəsmi müraciyyət edərək məsələ ilə bağlı onların mövqeyini daha ətraflı təqdim etmələrini xahiş etmişdi, lakin müraciyyət cavabsız qalıb.
Aram Hambaryan xatırladır ki, həqiqi münaqişə cəbhədədir: “sosyal çəbəkələrdəki hücumlar o qədər də ciddi deyil. Bunların nəticəsində heç kəs fiziki olaraq əziyyət çəkmir”.
Hambaryan azərbaycanlı rəsmisinin ittihamlarına yumor ilə baxır. “Təbii, bu cür bəyanatların rəsmi mənbələrindən gəlməsi bir az təəccüblüdür, lakin bu işin bir qismidir”.







