
Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə noyabrın 15-də Rusiyanın paytaxtı Moskvaya işgüzar səfərə gedəcək.
ER Prezident administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Prezident Sarkisyan RF Prezidenti Vadimir Putinlə görüşəcək.
İki strateji tərəfdaş dövlətin başçıları müzakirələr zamanı erməni-rus münasibətlərin gündəminə, ikitərəfli əlaqələrin güclənməsinə və inkişafına dair məsələləri müzakirə edəcəklər. AİB çərçivəsində əməkdaşlığa və regional məsələlərə də toxunacaqlar.
Prezodent Serj Sarkisyan və Vladimir Putin Moskvada keçriləcək “Rusiyada Ermənistan mədəniyyət günləri”-nin rəsmi açılış tədbirində iştirak edəcklər. Tədbir ER və RF arasında diplomatik əlaqələrin 25-ci ildönümünə və ER və RF arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək haqqında müqavilənin imzalanmasının 20-ci il dönümünə həsr edilmişdir.
Prezident Sarkisyan keçriləcək “Rusiyada Ermənistan mədəniyyət günləri” çərçivəsində keçiriləcək “Biblical ölkə Ermənistan” adlı sərgisində və müasir erməni xaçkararın sərgisində iştirak edəcək.







