
ER Xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gələcək regional səfəri barədə məlumat verərək qeyd edib ki, bu səfərlər uzun müddətdir planlaşdırılır.
“Rusiyada Ermənistan günləriylə əlaqədar olaraq, bu uzun bir hazırlıq proqramıdır, eyni zamanda diplomatik əlaqələrin 25 illiyi ilə əlaqədar Lavrovun ziyarətiylə bağlıdır. Digər tərəfdənsə, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən fəaliyyətlərlə məşğul olduqlarına aydınlıq gətirməkdir ” – deyərək o əlavə edib ki, belə görüşlərdə Xarici işlər naziri hər zaman hər hansı bir məsələni müzakirə edə bilər.O, deyib ki, həmsədrlərin ehtimalı ondan ibarətdir ki, DQ məsələsininnizamlanması prosessində irəliləyiş olsun.Gərək tərəflər arasında inam olsun ki, o da öz növbəsində Vyana və Sankt Peterburq şərtləşmələrinin həyata keçirilməsini özündə əks edir.
“Artıq neçə ildir ki, danışıq prosessində irəliləyiş yoxdur vəziyyət eləcə də bəzi baxımla partlayıcı həddədir ki, ona da ötən ilin aprel hadisələri subutdur”- deyərək o qeyd edib..
Rusiyanın Xarici işlər naziri tərəfindən hansısa təkliflər olmasına gəlincə o deyib ki, RF Xaeici işlər naziri tərəfindən hansısa təkliflər olubdur.O, deyib ki, RF Xİ naziri ayrılıqda fəaliyyət göstərmir, o, həmsədrlər formatında işləyir.
“Mənim üçün qəribədir ki, daima ayırmağa cəhd edilir, üstəlik Lavrov bir neçə dəfə açıq-açığına təkzib edib”-deyərək o qeyd edib.
Azərbaycan-Ermənistan mümkün olan ikitərəfli görüşə toxunmaqla dedi: “İstisna olunmur ki vasitəçilər ola bilsin Xİ nazirlərinin görüşünü təklif etsinlər.Bu haçan olacaqsa o zaman biz elan edəcəyik”.







