
Yerevan Moskva ilə bütün sahələrdə əməkdaşlığı genişləmək niyyətindədir. Bunu ER Xİ naziri Edvard Nalbandyan RF Xİ naziri Sergey Lavrovla görüşdə bildirib.
“Bizim iqtisadi, ticarət, bölgələrarası, humanitar və mədəni sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün böyük layihələrimiz var”,-deyə Nalbandyan qeyd edib ki, Moskva və Yerevan arasında çoxtərəfli əməkdaşlıq və müttəfiq münasibətlər vardır.
Lavrov isə, ölkələr arasında strateji və tərəfdaşlıq əlaqələrin əhəmiyyətini vurğulayıb. RF Xİ naziri ER həmkarına Rusiya İmperiyasının xarici siyasəti ilə bağlı sənədlər verib.







