ABŞ Konqresmeni və erməni icmasının nümayəndələri Artsaxla əlaqələri möhkəmləndirmək imkanlarını müzakirə edib

Amerikanın Hay Dat Komitəsinin (ANCA) nümayəndələri Havayi ştatını təmsil edən demokrat konqresmen Tulsi Gebard ilə görüşüb. Görüş zamanı tərəflər ABŞ və Artsax Respublikası arasında rəsmi, mülki, mədəni və təhsil əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Konqresmen Gebard Nümayəndələr Palatasının Xarici işlər komitəsinin üzvüdür. Hay Dat nümayəndəsi Raffi Hamparyan ilə görüşdə tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə toxunaraq danışıqlar masası ətrafına yenidən Qarabağ Respublikasının dönməsi vacibliyini vurğulayıblar. Erməni Hay Dat Komitəsinin nümayəndəsi də ABŞ Dövlət departamenti tərəfindən konqresmenləri və senatorları Artsaxa səfərindən sonra saxlamaq məsələsini qaldırıb ki, o da narahatedici inkişafdır.







