İctimaiyyət

“Ermənistan” fondunun telemaratonunda 12.5 milyon ABŞ dollar toplanıb

“Ermənistan” ümum-erməni fondunun “Telemaraton-2017” təşəbbüsü nəticəsində 12 milyon 505 min 456 ABŞ dollar toplanıb. Telemaratondan tapılmış pul iki böyük proqramın həyata keçirilməsi üçün tətbiq olunacaq. Proqramlarla Artsaxda yeni suvarma şəbəkəsi və Askeran və Şuşidə günəş elektrik stansiyaları tikiləcək.

Keçən il “İm Artsax” (Mənim Artsax) adlı telemaratonda 15.4 milyon ABŞ dollar toplanmışdı və Artsaxdakı zərərçəkmiş yaşayış yerlərin bərpası, mülki sakinlərin təhlükəsizliyi və müdafiəsi üçün aparılan tədbirlər, Artsaxın çox uşaqlı ailələri üçün mənzillərin tikilməsi üçün tətbiq olunmuşdu.

Fond öz fəaliyyətinin 25 ilində təxminən 700 min xeyriyyəçi sayəsində Ermənistan və Artsaxda ümumiyyətlə 350 milyon ABŞ dollarla 50 mindən çox layihə həyata keçirmişdir. 605 kilometrdən çox yol, 580 km su xətti, 149 km qaz boru kəməri, 70 km elektrik kabelləri, 359 məktəb və uşaq bağçası, 24 icma mərkəzi, 500 ev və mənzil, 75 səhiyyə müəssisəsi, 58 mədəniyyət və idman mərkəzi, 100 istixana, 169 təhsil, mədəniyyət və elmi proqramlar həyata keçirilmiş, tikilmiş və  bərpa edilmişdir.

Daha çox göstər
Back to top button