Prezident Qafqaz və Gürcüstan krizisi məsələləri üzrə AB yeni təyin olunmuş xüsusi nümayəndəni qəbul edib

Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan Cənubi Qafqaz üzrə yeni təyin olunmuş AB-nin yeni təyin olunmuş xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.Bu haqda ER Prezidentinin iş heyətinin ictimaiyyət və informasiya vasitələriylə əlaqələr idarəsindən bildirilib.
Respublikanın Prezidenti AB xüsusi nümayəndəsini həmin məsuliyyətli vəzifədə təyin olunması münasibətiylə təbrik edərək qeyd edib ki, bu mühüm missiyanın təcrübəli diplomata etibar edilməsindən məmnundur.
Serj sarkistyan ümidvar olduğunu bildirib ki, Tolvo Klaarın fəaliyyəti öz müsbət məqsədini DQ münaqişəsinin sülhlə nizamlanması məsəlkəsində xüsusən ATƏT MQ həmsədrlərinin səylərinə təsir edəcək və Ermənistan-AB münasibətlərinə yeni nəfəs verəcək.
Qeyd etməklə ki, AB əvvəlki xüsusi nümayəndəsi Helbert Zalberlə yaxşı iş mühitini yaratmaq və səmimi açıq müzakirələr aparmaq nail olub, Respublikanın Prezidenti inam bildirib ki, yeni xüsusi nümayəndəylə həmçinin iş eyni ruhla aparılacaq.
AB xüsusi nümayəndəsi qeyd edib ki, öz missiyasının məqsədi ATƏT Minsk qrupu həmsədrlərinin fəaliyyətinə yardım göstərməkdir və özü şəxsən DQ münaqişəsinin sülhlə nizamlanması naminə var qüvvəsini əsirgəməyəcək.
Təfərrüatlı və genişlənmiş şəkildə tərəfdaşlıq razılaşmasının imzalanmasıyla AB və Ermənistan öz münasibətləri tarixində yeni başlıq açır.Toyvo Klaar ümidvar olduğunu bildirdi ki, özü həmçinin həmin münasibətləri inkişaf etdirmək və dərinləşdirmək işində əmək sərf edəcəkdir.







