
Artsax Prezidenti Bako Sahakyan dekabrın 23-də ölkənin cənubunda yerləşdirilmiş bir sıra hərbi hissələrinə gedərək, hərbçilərin xidməti və şəraiti ilə tanış olub.
Artsax Respublikası Prezident administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, eyni gündə Prezident ölkənin cənubunda həyata keçirilən və planlaşdırılan layihələr haqqında geniş məsləhətləşmələr aparmışdır.
Dövlət başçısı cənubda həyata keçirilən stratejik layihələriə əhəmiyyət verərək işlərin düzgün yerinə yetirilməsi üçün müvafiq orqanların rəhbərlərinə xüsusi tapşırıqlar verdi.







