“Erdoğan qatildir”: Fransada ermənilər və kürdlər Türkiyə prezidentinə qarşı birləşiblər

Şənbə günü yanvarın 6-da , minlərlə kürd və ermənilər Parisdə küçələrə çıxaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən narazılığını bildirdilər. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.Nümayişçilər “Erdoğan qatil” yazısıyla plakatlar və şüarlarla Fransa paytaxtının küçələriylə keçərək 2013-cü ildə Parisdə qətlə yetirilən üç kürd üsyançılarının qətlə yetirilməsi üçün bu günə kimi heç kimin məsuliyyətə cəlb olunmamasıyla bağlı xatırlatmışlar. Kürdlərin təşkil etdikləri nümayişə həmçinin Fransada yaşayan erməni icması da qoşulub.Ermənilər Erdoğanı “diktator” deyə adlandırmışlar.“Rəcəb Tayyib Ərdoğan fransızlara özünün əsl diktator simasını göstərdi. Fransanın Prezident sarayında o, elə bir simayla idi sanki Avropa standartlarını pozmamışdır, hansılara ki, güya sədaqətli olub”- deyə Fransanın fəaliyyət göstərən erməni təşkilatlarının Koordinasiya Şurasının bəyanatında deyilir.







