
Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Edvard Nalbandyanın və Elmar Məmmədyarovun nöbəti görüşü yanvar ayının ikinci hissəsində olacaq.
Bunu Tert.am-ə müsahibəsində ER Xİ nazirirninin mətbuat katibi Tigran Balayan qeyd etdi.
“Görüşün tarixi və yeri məlumdur, lakin hələlik dərc olunmur”,-deyə Balayan Edvard Nalbandyanın son müsahibəsini xatırlatdı.
Xatırladaq ki, dekabrın 6-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Vyanada Nalbandyan-Məmmədyarov görüşü keçirilmişdi.
Daha əvvəl Məmmədyarov bildirmişdi ki, görüşün konkret tarixi və yeri məlum deyil, lakin görüş 2018-ci il yanvar ayının ikinci hissəsində olacaq.







