
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlana bilər. Bunu fevralın 12-də Yerevanda ER Prezidenti Serj Sarkisyanla mətbuat konfrasnında Bolqarıstan Prezidenti Rumen Radyev bildirib.
“Bolqarıstan mövqeyi aydındır, DQ münaqişəsi yalnız sülh yolu, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və Aİ dəsətyi ilə nizamlana bilər”,-deyə Bolqarıstan Prezidenti qeyd edib.
O həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin aktiv dialoqunun əhəmiyyətini vurğulayıb. “Dialoqda duyğular daha kiçik yer almalı və müdriyə əsaslanmalıdır”,-deyə Radyev əlavə edib ki, Bolqarıstan bu mövqenin həyata keçirilməsinə dəstək verəcək.







