Siyasət
ER Parlamentinin ER-ABŞ dostluq qrupu ABŞ-a səfər etdi

Martın 6-da Ermənistan Respublikası Parlamentinin Ermənistan-ABŞ dostluq qrupunun nümayəndə heyəti ABŞ-ya getdi. Bu haqda ER Parlamentinin mətbuat xidmətindən məlumat verilir.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Kornegi fondunun ekspertləri ilə görüşdülər. Görüşdə qlobal və regional təhlükəsizliyi və ER xarici siyasətinin cari məsələləri, Ermənistan-Amerika münasibətləri ilə bağlı məsələlərə toxundular.
Eyni gündə nümayəndə heyətinin üzvləri Amerikadakı Hay Dat komitəsinin üzvləri ilə görüşdülər. Görüş çərçivəsində Ermənistan-Amerika münasibətlərinin gündəmində olan məsələlər müzakirə edildi.
Axşam saatlarında Vaşinqrtonun Surb Mariam erməni apsotol kilsəsində nümayəndə üzvləri üçün erməni icmasının adından qəbul təşkil edilib.







