SIPRI. 2017-ci ildə Ermənistanın silah idxal həcmi

Stokholm Beynəlxalq Problemlərin Araşdırma İnistutunun hesabatında qeyd edilir ki, 2017-ci ildə Ermənistan 14 milyon dollar dəyərində silah idxal etdi. Ermənistan silahları Rusyadan alır.
Hesabatına görə Ermənistan bu silahları idxal etdi
BM-9A52 Smerç reaktiv yaylım atəşi sistemi (6 ədəd. 2016-ci ildə təchiz edilib, 2017-ci ildə davam edilib)
Verba/SA-25 zenit-raket kompleksi ( 200 ədəd. 2016-2017-ci illərdə təchiz olunub)
9M 133 tankəleyhinə raket kompleksləri
2017-ci ilin aprel ayınd Erməni tərəfi “Verba” kompleksinin əldə edilməsi barədə məlumat verdi. Həmin vaxt qeyd edilib ki, Ermənistanın Silahlı Qüvvələri “İgla-S” zenit raket kompleksini əldə etdi, lakin hesabatda bunun haqqında heç bir şey yoxdur. “Kornet” komplekslərinin əldə edeilməsi haqqında bu ildə məlum olub.
SIPRI-nin bildirdiyinə görə, 2016-cı ildə Ermənistan Rusyadan 110 milyon dollar dəyərində silah aldı.
SIPRI-nin məlumatlar bazası daim yenilənir. Beləliklə 2017-ci ildə nəşr olunmuş siyahıda qeyd edilir ki, 2016-cı ildə Ermənistan 79 milyon dollar dəyərində silah idxal etdi, bu quruma görə bu ildə eyni göstərici 110 milyon dollara çatdı.
Mövcud olan məlumatlara əsasən, məlumatlar qüsurlu şəkildə təqdim olunur, təchiz olunan bəzi silah növləri siyahıya dəxil olunmayıb, bəziləri isə hesabatın nəşr olunduqdan bir ya da bir neçə il ərzində siyahıya daxil edilir.







