
Azərbaycan martın 12-də başladığı hərbi təlimlərə daxil olunan hərbi texnikanın sayları ilə 201-ci ilin ATƏT-in Vyanna sənədini pozub.
Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Twitter hesabında yazıb.
“Azərbaycan 2011-ci il tarixli ATƏT-in Vyana Sənədinin 5-ci başlığının 40.1.1-ci (müəyyən hərbi fəaliyyətlərə dair ilkin məlumat) maddəsini açıq şəkildə pozur”-deyə Tigran Balayan yazıb.
Daha əvvəl Tigran Balayan bildirib ki, Azərbaycan ölkədə keçirilən hərbi təlimlər barədə üzv dövlətlərə məlumat vermədiyində ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozub.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycanda martın 12-dən 17-dək hərbi təlimlər keçiriləcək. Azərbaycan mətbuatında verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
2011-ci il tarixili Vyana Sənədini 5-ci başlığının 40.1.1-ci bəndinə görə, bu hallarda hərbi təlimlər haqqında məlumat verilməlidir
1.ardım edici qoşunları da daxil olmaqla, təlimlərdə ən azı 9 min nəfər iştirak edir
2.ən azı 250 tank
3.ən azı 500 zirehli texnika
4.ən azı 250 reaktiv yaylım atəş sistemi və minaatan







