Siyasət
Edvard Nalbandyan Danimarkaya gedir
Ermənistan Respublikasının Xarici İşlər naziri Edvard Nalbandyan Danimarka Xİ naziri Anders Samuelsenin dəvəti üzrə bu gün işgüzar səfəri ilə Kopenhagena gedir. Bu barədə ER XİN-dən məlumat verilir.
Səfər çərçivəsində Edvard Nalbandyan Danimarka icra və qanunvericilik orqanlarının yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.
Ermənistan Xİ naziri Danimarka Xarici Siyasət Assosiasiyasının nümayəndələri ilə də görüş keçirəcək.