İrava-Tech konfransı çərçivəsində İT sahəsində aparıcı ermənilər Ermənistana gələcəklər

Luys fondunun hüquqşünasları təşəbbüsü ilə təşkil edilmiş İrava-Tech Elm və texnologya konfransı çərçivəsində Erevanda İT sahəsinin məşhur erməniləri bir araya gələcək.
Artıq ikinci dəfə təşkil edilmiş konfrans Ermənistada texnologiya sahəsinin inkişafına yönəlmişdir.
Luys fondunun bildirdiyinə görə, İrava-Tech konfransında iştirak etmək üçün İT nümayəndələri, startup və akselerator şirkətləri və bu sahədə maraqlanan bütün insanlar dəvət edilib.
ABŞ Demokrat Partiyasının Milli Komissiyasının Texnologiya üzrə sədri Raffi Grigoryan, Avstraliya və Yeni Zelandiyada Ameriknaın Salesforce İT şirkətinin İctimai Siyasət Sorumlusu Sasun Grigoryan, SalesNative və Contexti şirkətlərinin strateji müşaviri və qurucusu Sindi Minasyan, SmartGateVC şirkətinin qurucusu Aşot Arzumanyan, texnoloji startupların qurucuları və sahədə fəaliyyət göstərən aparıcı hüquqşünaslar mühazirə ilə çıxış edəcəklər.
İntellektual mülkiyyət hüquqlarının qorunması, investisiya idarəçiliyi və ixtira lisenziyası və digər əlaqəli sahələrə dair müzakirələr aparılacaq.







