İctimaiyyət

Ağstafada 9 aviabomba tapılıb

Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, “Ceyrançöl” sərhəd zastavasının xidməti ərazisində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “Sputnik.az”-a verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nın “Ceyrançöl” sərhəd zastavasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 9 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Daha çox göstər
Back to top button