İctimaiyyət

Daha bir AXCP üzvü saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalının saxlanıldığı, ardınca, inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən Turan-a verilən məlumata görə, saxlanılanlardan biri partiyanın Qazax rayon təşkilatının üzvü Tahir Mustafayevdir. Onu polis dünən, iyulun 10-da saxlayıb. Qazax rayon polis şöbəsindən gün ərzində cəbhəçinin yaxınlarına onunla bağlı heç bir informasiya verməyiblər.

İyulun 11-də yaxınları öyrənib ki, T.Mustafayev yerli rayon məhkəməsinin qərarı ilə 10 sutkalığa inzibati qaydada həbs edilib. Cəbhəçinin həbs qərarı polisin qanuni tələbinə əməl etməmə ilə əsaslandırılıb.

Daha bir AXCP üzvünün isə Lənkəran Məhkəməsinin qərarı ilə həbs edildiyi deyilir.

AXCP üzvlərinin həbs edilıməsinin heç bir qanuni əsasının olmadığını, məhz siyasi fəaliyyətlərinə görə, həbs edildiklərini bəyan edib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button