İctimaiyyət

Almaniyada turizm sahəsinə sərmayə qoyan azərbaycanlı iş adamının pulları ilə maraqlanırdılar

Almaniyada naməlum şəxslər iş adamı Elman Allahverdiyevə məxsus otellərdən birini yandırıblar.

Virtualaz.org “Algemeine Zeitung” nəşrinə istinadən xəbər verir ki, yanğın Remstedterştrassedə yerləşən hazırda boş olan oteldə baş verib.

Polisin rəyinə görə, yanğın təsadüfən baş verməyib. “Hesab edirik ki, binanı yandırıblar”, – polisin nümayəndəsi Kay Rixter deyib. Yanğın nəticəsində heç kim xəsarət almayıb. Hadisə vaxtı oteldə adam olmayıb.

Xatırladaq ki, bir neçə ay bundan öncə Haqqin.az Aşağı Saksoniya torpağında yerləşən Bad Bevensen kurort şəhərciyində bir sıra otellərə, pansionatlara və diabetik klinikaya malik olan Elman Allahverdiyevin müflisləşməsindən yazmışdı.

Elman Allahverdiyevin müəmmalı müflisləşməsi k urort şəhərciyinin rəhbərliyini təəccübləndirməyə bilməzdi. İş burasındadır ki, E.Allahverdiyev turizm sektorundakı adambaşı yerlərin 10%-nə sahib idi.

Bad Bevensen şəhərinin meri Martin Feller hüquq-mühafizə orqanlarına vəsatətlə müraciət etmək fikrində idi. Onu maraqlandıran məsələ heç bir yoxlama aparılmadan Elman Allahverdiyevin yerli daşınmaz əmlaka milyonlarla avro investisiya qoyması idi. Turizm obyektlərinin satışı zamanı heç kim Allahverdiyevin pullarının mənşəyi ilə maraqlanmamışdı.

Yerli məmurlar şübhələnirlər ki, Elman Allahverdiyev pulların yuyulması üçün o qədər də mürəkkəb olmayan sxemdən istifadə edib.  Belə ki, o, “çirkli” pullarını bilərəkdən yerli daşınmaz əmlaka yatıraraq, sonradan özünü müflis elan edib. Turizm sektorunu xilas etmək üçün yerli hakimiyyət bu obyektləri ondan almağa məcburdur ki, bu da həmin pulların leqallaşması deməkdir.

Daha çox göstər
Back to top button